"Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı

8.07.2025 12:26 14
Ölkə futbolu
"Turan Tovuz" Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşıb.

Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.