Yeni mövsümə hazırlıqların ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, Kurban Berdıyevin komandası son mövsümü Türkiyə Superliqasında keçirən “Pendikspor”la qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Qeyd edək ki, "Turan Tovuz" iyulun 22-də Superliqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.