"Yuventus"dan ayrılan Aaron Remzinin yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, uelsli yarımmüdafiəçi "Nitsa"ya keçib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Remzi daha əvvəl İngiltərədə "Arsenal", "Kardiff Siti", "Nottingem Forest", İtaliyada "Yuventus", Şotlandiyada "Reyncers"də çıxış edib.