Rakitiç də Asiyaya yollandı

2.02.2024 12:58 258
Dünya futbolu
Bir sıra futbolçular kimi İvan Rakitiç də Avropadan Asiyaya yollanıb.

O, artıq “Sevilya”nı tərk edib.

İspaniya klubu ilə müqaviləsini pozan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Xorvatiyalı yarımmüdafiəçi “Əl-Şəbab”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma 35 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Rakitiç “Sevilya”da 2020-ci ilin yayından çıxış edirdi. O, daha əvvəl “Barselona”, “Şalke-04” və “Bazel”də də oynayıb.