“Milan”da daha iki itki

1.07.2025 01:28 7
Dünya futbolu
Joao Feliş və Rikkardo Sottil “Milan”dan ayrılıblar.

İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, hər iki hücumçunun icarə müqavilələrinin müddəti başa çatıb. Feliş “Milan”a 2025-ci ilin fevralında “Çelsi”dən gəlmişdi. O, ötən müddət ərzində bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sottil isə “Milan”a “Fiorentina”dan icarəyə verilmişdi. İtaliyalı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb.