“İmişli” heyətini formalaşdırmağa davam edir.
"Football-plus.az" xəbər verir ki, klubu 5 futbolçusu ilə müqaviləni yeniləyib.
Oyunçular Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərovla müqavilələrin müddəti uzadılıb. Onların hər biri ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.