"Qarabağ"da yeni müqavilə

24.09.2023 17:40 214
Premyer-liqa
“Qarabağ” futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

2022-ci ilin yayından komandada çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.