“Qarabağ”da yeni müqavilə

3.06.2024 19:30 167
Premyer-liqa
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

“Football-plus.az” xəbər verir ki, klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, komanda ilə 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə premyer-liqada 238 oyunda 46 qol vurub.