Klublararası Dünya Çempionatında ''İnter Mayami'' ilə ''Palmeyras'' arasında oynanılan matçın gedişində tribunada maraqlı bir olay yaşandı.
"Football-plus.az" xəbər verir ki, 2:2 hesabı ilə bitən görüşdə tribunada argentinalı superulduz Lionel Messi üçün açılan pankart diqqət çəkdi.
Belə ki, oyunu izləyənlər arasında yer alan yaşlı bir qadın Messiyə evlilik təklif etdi! Bu qadın üzərində ''Messi mənimlə evlənərsənmi'' sözü yazılmış pankart qaldırdı. Bu görüntü qısa müddət ərzində sosial şəbəkələrdə də çox paylaşılaraq böyük müzakirələrə səbəb oldu.
Messi bu oyunda aktivinə qol və ya məhsuldar ötürmə yaza bilməsə də, onun komandası pley-offa vəsiqə qazandı.