"Turan Tovuz" Sergey Samokla anlaşdı

26.06.2024 11:40 321
Ölkə futbolu
"Turan Tovuz" növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi Sergey Samoku heyətinə qatıb.

Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.