MS-nin yeni kapitanı oldu

30.06.2025 05:51 17
Dünya futbolu
“Mançester Siti”nin yeni kapitanı məlum olub.

"Football-plus.az" xəbər verir ki, komandanın əsas kapitanı Bernardo Silva seçilib.

Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi 9 ildi İngiltərə klubunda çıxış edir. Komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında yeni kapitanla bağlı fikirlərini belə bölüşüb:
“Bernardo bizim üçün inanılmaz dərəcədə vacib oyunçudu. Burda 9 il keçirib, heç bir ciddi zədəsi olmayıb, həmişə komanda üçün çətin anlarda addımlayıb. O, hər kəs üçün nümunədi”.