Silva qalacaq, yoxsa gedəcək?

21.06.2022 21:54 362
Dünya futbolu
Son günlər Bernardo Silvanın bu yay klubunu dəyişmək ehtimalı ilə bağlı xəbərlər yayılıb.

Portuqaliyalı futbolçunun “Barselona”ya keçmək istədiyi iddia edilir. Belə məqamda Xosep Qvardiola yarımmüdafiəçinin gələcəyi haqda fikirlərini bildirib. “Mundo Deportivo” qəzetinin yaydığı xəbərə görə, “Mançester Siti”nin baş məşqçisi təcrübəli oyunçunun komandada qalacağına inandığını deyib:

“Barselona”nı çalışdırdığım vaxtlarda həmişə dediyim fikri bir daha təkrarlaya bilərəm: komandada qalmaq istəməyən oyunçuların sərəncamımda olmasını arzulamıram. Amma fikrimcə, Bernardo ilə əməkdaşlığımız davam edəcək”.