“Gəncə”nin yeni kapitanı müəyyənləşdi

19.05.2024 00:00 161
İdman
Gəncə təmsilçisi heyətini yeni voleybolçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, klub Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. Kərimova komandanın yeni kapitanı olacaq.

Qeyd edək ki, voleybolçu ötən mövsümü "Abşeron"da keçirib.