“Yuventus” ilə Turin klubunun texniki tərəfdaşı “Adidas” arasında aparılan danışıqlar müsbət nəticələnib.
"Football-plus.az" xəbər verir ki, İtaliya nəhəngi Almaniya şirkəti ilə yeni uzunmüddətli müqavilə bağlayıb.
“Tuttosport” qəzetinin məlumatına görə, yeni saziş “qoca sinyora”ya ümumilikdə 408 milyon avro qazandıracaq. “Yuventus” 2028-ci ilə qədər hər mövsüm üçün 46,1 milyon avro alacaq. Bu, hazırkı müqavilənin şərtləri ilə eynidi. 2028-ci ildən sonra isə məbləğ 40,8 milyon avroya enəcək.
“Yuventus” “Adidas” ilə 2015-ci ildən əməkdaşlıq edir. Bundan əvvəl klubun formasını “Nike” hazırlayırdı.