Manuel Lokatellinin “Yuventus”u tərk etmək perspektivi rəhbərliyi hərəkətə keçirib.
"Football-plus.az" xəbər verir ki, italiyalı futbolçunun karyerasını İngiltərədə davam etdirə biləcəyi, “Vest Hem”in hədəfinə düşdüyü məlum olmuşdu. İngiltərə klubunun Manuelə görə 40 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Bəzi mənbələr bu təklifin “Yuventus” rəhbərliyini qane etdiyini də vurğulamışdı.
Lakin bu iddia doğru deyilmiş. İtaliya klubu artıq komandada 2021-ci ildən çıxış edən Lokatelli ilə anlaşıb. Bu mövsüm A seriyasında keçirdiyi 10 oyunda 1 qol vuran və 1 məhsuldar ötürmə edən futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər artırılacaq.