“Yuventus”da yeni futbolçu

3.07.2023 20:35 246
Dünya futbolu
“Yuventus” sıralarına yeni futbolçu cəlb edib.

“Football-plus.az” xəbər verir ki, İtaliya klubu “Lill”dən Timoti Veanı alıb. 23 yaşlı hücumçu ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transfer “Yuventus”a 10,3 milyon avroya başa gəlib. Bu məbləğ Fransa klubuna 2 il ərzində ödəniləcək. Mümkün bonus ödənişlərinin məbləği isə 2,1 milyon avrodu.

Qeyd edək ki, Vea 2022/23 mövsümündə Liqa 1-də 29 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.