"Yuventus"un Milik planı

6.01.2023 15:11 263
Dünya futbolu
"Yuventus" Arkadiuş Miliki "Marsel"dən almaq niyyətindədi.

Football-plus.az xəbər verir ki, "qoca sinyora" polşalı hücumçu üçün Fransa klubuna 7 milyon ödəməyə hazırdı. Turin təmsilçisi 2 milyon da bonus vermək niyyətindədi.

"Ağ-qaralar" futbolçunun özümə illik 3 milyon avro təklif edəcək. "Yuventus" Miliklə 2026-ci ilin yayına qədər müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, forvard bu mövsüm "qoca sinyora"nın heyətində 13 görüşdə 5 qol vurub.