“Vətənimdi, nə olsa da, İranın tərəfindəyəm” – Azərbaycanda çalışan iranlı klub prezidenti

19.06.2025 11:55 177
Aktual / Ölkə futbolu
Artıq dörd gündü ki, İranla İsrail arasında amansız müharibə gedir. Hər iki tərəf mərkəzi şəhərləri bombardman edir, dağıntılar, insan itkisi var.

Futzal klublarından “Record club”un iranlı prezidenti Reza İbrahimi “Football-plus.az”a müharibə haqda açıqlama verib (əlbəttə, buna açıqlama demək mümkünsə...):
“Vallah dəqiq bilmirəm, elə də məlumatım yoxdu. Dəqiq bilmirəm ki, nə olur, nə hadisə baş verir. İrana uğurlar arzulayıram. Vətənimdi, nə olsa da, İranın tərəfindəyəm. Özüm hazırda Azərbaycandayam”.
MÜZƏFFƏR QULUZADƏ