“Artıq komandamız da dağıldı, heç bir oyunda iştirak etməyəcəyik” – iranlı prezident bezdi

21.04.2024 19:10 732
Dünya futbolu / Manşet
“Record club"un iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşadığını xəbər vermişdik.

Bir neçə gün əvvəl “Record club”un prezidenti Reza İbrahiminin Bakıya gəldiyini və problemi həll edəcəyini yazmışdıq. Bəs problemin həlli yolunda hansısa addım atılıbmı? Bu sualı “Record club”un prezidenti Reza İbrahimiyə ünvanladıq:

“Hər dəfə dedikləri vaxtı uzadırlar. Artıq neçə gündü Bakıdayam və bezmişəm. Deyirlər ki, sabah, 1-ci gün… Artıq komandamız da dağıldı, heç bir oyunda iştirak etməyəcəyik. Nə mənə, nə də oyunçulara oturum verilir”.


ƏSƏD SEYİDOV