Klub prezidenti Tehrandan Bakıya gələ bilmir

27.03.2024 18:50 196
Ölkə futbolu / Manşet
"Record club"un iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşamasına dəfələrlə toxunmuşuq.

Bir neçə gün əvvəl klub prezidenti Reza İbrahimi “Footbal-plus.az”a mövzuyla bağlı açıqlamasında bunları demişdi:

"Hazırda Tehrandayam. Oturum məsələsinə görə hələlik Bakıya gələ bilmirəm. Sərxan müəllim razılıq verib. İnşallah, gələn həftə Futzal Federasiyasının prezidenti Zaur Axundov məktubu AFFA-ya, onlar da Gənclər və İdman Nazirliyinə göndərəcək".


Bəs görəsən iranlı prezident Bakıya gəlibmi? Oturum izni alıbmı?

“Hələ ki heç bir dəyişiklik yoxdu. O qədər işimiz qalıb ki, bilmirik nə edək... Gələn həftəyə bilet alıb, Bakıya gəlirəm. Görək AFFA-da oturumla bağlı nə məktub yazmaq lazımdı...”


ƏSƏD SEYİDOV