"Hazırda Tehrandayam, Bakıya gələ bilmirəm” – klub prezidenti nəyi gözləyir?

17.03.2024 14:40 199
Ölkə futbolu / Manşet
"Record club"un iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşadığını xəbər vermişdik.

Lakin klub prezidenti Reza İbrahimi AFFA-nın baş katibi Sərxan Hacıyev ilə danışdıqlarını, onun oturum izni məsələsini həll edəcəyini bildirmişdi. Görəsən, problem artıq həllini tapıbmı? Bu sualla Reza bəyə müraciət etdik:

"Hazırda Tehrandayam. Oturum məsələsinə görə hələlik Bakıya gələ bilmirəm. Sərxan müəllim razılıq verib. İnşallah, gələn həftə Futzal Federasiyasının prezidenti Zaur Axundov məktubu AFFA-ya, onlar da Gənclər və İdman Nazirliyinə göndərəcək".


GÜNAY SÜLEYMANOVA