“Həm pulum, həm də abrım gedir” – klub prezidenti coşdu

11.04.2024 05:00 1 232
İdman / Manşet
"Record club"un iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşadığını xəbər vermişdik.

Bir neçə gün əvvəl “Record club”un prezidenti Reza İbrahiminin Bakıya gələcəyini və problemi həll edəcəyini yazmışdıq. Xatırladaq ki, aprelin 7-də keçirilməli olan “Neftçi” İK – “Record club” oyunu nominal qonaqlar təyin edilən vaxtda meydanda olmadığına görə keçirilməyib. “Record club”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Komandanın son turda meydana çıxmamasının səbəbini, eləcə də oturum izni ilə bağlı problemin həll olunub-olunmadığını öyrənmək üçün klub prezidenti Reza İbrahimi ilə əlaqə saxladıq:

“Hələ heç nə bəlli deyil. Deyilənə görə, bayramdan sonra həll olunacaq. Hamı bilir ki, bizim klubun vəziyyəti çətindi. Məlumat verdim ki, vəziyyət pisdi və komanda növbəti oyun meydana çıxmayacaq. Hər oyunda rəqiblər 20-25 qol vurur, biabırçılıqdı. Bu günə qədər “Record club”un belə nəticələri olmayıb. Həm pulum, həm də abrım gedir”.

ƏSƏD SEYİDOV