İtaliya çempionuna keçdi

15.06.2025 20:24 8
Dünya futbolu
“Napoli” heyətinə yeni futbolçu cəlb edib.

İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, A seriyasının son çempionu müdafiəçi “Empoli”dən Luka Maryanuççini alıb. Müqavilənin müddəti və digər şərtləri hələlik açıqlanmayıb.

Luka ötən mövsüm A seriyasında 18 oyunda meydana çıxıb və 6 məhsuldar ötürmə edib.