A seriyasında istefa

12.06.2025 14:35 9
Dünya futbolu
“Leççe” baş məşqçi Marko Campaolo ilə yolları ayırıb.

İtaliya klubunun rəsmi saytının xəbərinə görə, 57 yaşlı mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.

“Leççe” A seriyasında mövsümü 34 xalla 17-ci yerdə başa vurub. Komanda Campaolonun rəhbərliyi altında keçirdiyi 26 oyunu 6 qələbə, 7 heç-heçə və 13 məğlubiyyətlə başa vurub.