Marko Campaolo artıq “Sampdoriya”nı çalışdırmır. Rəhbərlik baş məşqçi ilə yolları ayırıb.
55 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən azad olunub. Komanda bu mövsüm A seriyasının 8 turundan sonra 2 xal toplayıb və sonuncu - 20-ci yerdədi. Campaolo geniyalıları bu ilin yanvarından çalışdırırdı.