İtaliya klubu ilə müqaviləsi yenilənmədi

29.05.2022 21:00 581
Dünya futbolu
“Verona” rəhbərliyi baş məşqçi İqor Tudorla yolları ayırıb.

İtaliya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 44 yaşlı mütəxəssisin mvsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib. Tudor “Verona”nı 2021-ci ilin sentyabr ayından çalışdırırdı. Komanda xorvatiyalı məşqçinin rəhbərliyi altında A seriyasını 9-cu yerdə başa vurub.