İngiltərə üçün uğursuz ilk

12.06.2025 10:35 8
Dünya futbolu
[b][/b]İngiltərə yığmasının tarixində bir ilk yaşanıb.

"Football-plus.az" xəbər verir ki, adalılar Seneqala qarşı yoldaşlıq oyununda 1:3 hesabıyla uduzublar. Bu, İngiltərə millisinin tarixinə Afrika komandasına ilk məğlubiyyət kimi düşüb.

Daha əvvəl Afrika komandaları ilə 21 matçda qarşılaşan ingilislər 15 qələbə qazanmış, 6 dəfə heç-heçə etmişdilər.