7 azarkeş həbs olundu

18.06.2024 13:25 296
Dünya futbolu
Avropa çempionatının Serbiya - İngiltərə oyunundan əvvəl insident yaşanıb.

Helzenkirhendə ingilis və serb azarkeşlər arasında dava düşüb. İngiltərəli azarkeşlər serbiyalı fanatların olduğu bara hücum ediblər. Daha sonra hər iki komandanın fanatları bir-birlərinə əşyalar atıblar. Nəticədə 7 serbiyalı azarkeş həbs edilib. Fanatlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, İngiltərə yığması Serbiyaya 1:0 hesabı ilə qalib gəlib. İngiltərə növbəti oyunu Danimarka, Serbiya isə Sloveniyaya qarşı keçirəcək.