İngiltərə kubokunda ilkə imza atdı

15.05.2022 13:28 351
Dünya futbolu
Yürgen Klopp İngiltərə kubokunun tarixinə düşüb.

“Liverpul”un çalışdırıcısı bu turnirin qalibi olan ilk alman mütəxəssis olub. Onun komandası “Çelsi”ni qolsuz başa çatan final matçından sonra qaçılmaz olan penalti seriyasında 6:5 hesabı ilə üstələyib.

Onu da qeyd edək ki, “Çelsi” İngiltərə kubokunun tarixinə ardıcıl üç finalda uduzan ilk komanda kimi düşüb. Paytaxt komandası 2020-ci ildə “Arsenal”a (1:2), 2021-ci ildə isə “Lester”ə (0:1) məğlub olmuşdu.