''Trabzonspor'' 2 milyona aldığı oyunçunu 7 milyona satır

10.06.2025 11:24 22
Dünya futbolu
''Trabzonspor''un geridə qoyduğumuz mövsümdə ən diqqətçəkən oyunçularından biri portuqaliyalı Pedro Maleyro oldu. Amma 24 yaşlı sağ müdafiəçi tezliklə komandanı tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, bir çox klubun diqqət mərkəzindədi. Türkiyə mətbuatının yazdığına inansaq, artıq Lissabon nəhəngi ''Sportinq'' bu oyunçuya görə qaradənizlilərə 7 milyon avro təklif edib. Əlavə 2 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.

Danışıqlar prosesi davam edir. Trabzon təmsilçisi Maleyronu bu qiymətə sata bilsə, cəmi 1 mövsüm ərzində bu futbolçunun sayəsində ən azı 5 milyon avro gəlir əldə etmiş olacaq. Çünki Maleyro ötən yay ''Boavişta''dan cəmi 2 milyon avroya transfer edilib.

İstedadlı futbolçu Türkiyədə ilk mövsümünü keçirməsinə və müdafiəçi olmasına baxmayaraq 33 superliqa matçında aktivinə 6 qol, 5 məhsuldar ötürmə yaza bildi. Hücuma tez-tez dəstək verməsi ilə diqqət çəkən Maleyro 19-cu turda ''Antalyaspor''la ev oyununda (5:0) hətta het-trik etmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul