Basketbol millimiz Avropa Kubokunun seçmə mərhələsinin yarımfinalında

17.06.2023 23:31 236
İdman
Qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandamız Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib.
"Football-plus.az" xəbər verir ki, yığma Kiprin Limassol şəhərində keçirilən yarışın qrup mərhələsinin son oyununda İrlandiyanı üstələyib.

Rəqibini 16:10 hesabı ilə məğlub edən qadınlar iyunun 18-də yarımfinal matçına çıxacaqlar.

Kişilərdən ibarət millimiz isə qrupdakı ikinci qarşılaşmasında yerli Cənubi Kipr seçməsinə 11:22 hesabı ilə uduzub.

Yığma qrupda sonuncu oyununu iyunun 18-də keçirəcək. Bakı vaxtı ilə saat 12.15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul