19 yaşadək futzalçılardan ibarət millimiz Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran U-19 millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb. U-19 ilk matçda Kosovoya 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, əsas mərhələnin görüşləri martın 25-30-u aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiya, Bosniya və Hersoqovina və Türkiyə ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Futzal millimiz əsas mərhələyə vəsiqə qazandı - AÇ
İdman






