Romadan Turinə yollandı

7.06.2025 11:23 5
Dünya futbolu
“Torino”nun yeni baş məşqçisi müəyyənləşib.

Turin klubunun mətbuat xidmətinin məlumatına görə, komandanı yeni mövsümdən “Latsio”nun sabiq baş məşqçisi Marko Baroni çalışdıracaq. Təcrübəli mütəxəssis A seriyası təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, “Torino” İtaliya çempionatının son mövsümünü 44 xalla 11-ci yerdə başa vurub.