İtaliya klubunda yeni təyinat

27.05.2025 21:57 14
Dünya futbolu
Nəhayət, “Milan”ın yeni idman direktoru müəyyənləşib.

İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, bu vəzifəyə İqli Tare təyin edilib. O, bundan əvvəl 2008-23-cü illərdə “Latsio”da eyni vəzifədə çalışıb.

Xatırladaq ki, “Milan” A seriyasının 2024/25 mövsümünü 63 xalla turnir cədvəlinin 8-ci pilləsində başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.