Rafinyanın yeni mövsümə əla başlaması klubunu hərəhətə keçirib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın idman direktoru Deku Souza komandanın 29 yaşlı vingeri ilə yeni müqavilə barədə görüş keçirib.
“Diario SPORT”un məlumatına görə, tərəflər braziliyalı futbolçunun gələcəyini müzakirə ediblər. Görüşün müsbət axarda keçdiyi və tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəlməkdə maraqlı olduğu bildirilir.
Rafinyanın hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi. Buna baxmayaraq, rəhbərlik çıxışından razı olduğu futbolçu ilə müqaviləni tezliklə yeniləmək istəyir.
Klubundan yeni təklif aldı
Dünya futbolu





