“Neftçi” ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq - VİDEO

16.09.2026 17:15 207
Ölkə futbolu / Video
Misli premyer-liqasının 6-cı turu “Neftçi” üçün əlamətdar olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Peşəkar Futbol Liqası bununla bağlı xüsusi süjet hazırlayıb.

Süjetdə “Neftçi”nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.