Çempionatda lazımsız təxirəsalma - "Sabah" "Zirə"dən çəkinir?

16.09.2026 16:54 387
Ölkə futbolu
Bilindiyi kimi, əvəzedicilər liqasında 4-cü turun ilk 5 matçı sentyabrın 11, 12, 13 və 14-də keçirilib.

Əslində dünənə nəzərdə tutulan “Sabah-2” – “Zirə-2” qarşılaşması ilə tura yekun vurulmalıydı. Lakin bu görüş təxirə salınıb. Səbəb isə “bayquşlar”ın sentyabrın 10-da UEFA Gənclər Liqasında “Mançester Yunayted”in U-19 komandasına qarşı keçirdiyi oyundu (0:5).

Maraqlıdı, bu oyunun təxirə salınmasına nə ehtiyac var idi? Ümumiyyətlə, bu məsələlər necə tənzimlənir?

Suallara cavab tapmaq üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundova müraciət etdik. Qurum rəsmisi klubların bu yöndə əvvəlcədən razılaşdığını, həmin razılığı nəzərə alan AFFA-nın müvafiq qərarı verdiyini dedi.

Kəsəsi, qaydalara görə, matçın təxirə salınmasında hansısa problem yoxdu. Yenə də qrafikin o qədər də sıx olmadığını düşünsək, U-19 komandasına görə belə addımın atılması məntiqli görünmür.

KƏNAN BAHADIR