İnzaqiyə xələf oldu

7.06.2025 10:52 11
Dünya futbolu
“İnter”in yeni baş məşqçisi müəyyənləşib.

Fabritsio Romanonun yaydığı xəbərə görə, Milan klubunu bundan sonra Kristian Kivu çalışdıracaq. Tanınmış insayder rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığını bildirib. Sonuncu iş yeri “Parma” olan 44 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Simone İnzaqini əvəzləyib.

“İnter”in sabiq futbolçusu olan Kivu məşqçi karyerasına da Milan klubunda başlayıb. O, “Parma”ya qədər “İnter”in aşağı yaş qrupları üzrə komandalarını çalışdırıb.