“Milan”dan ayrılan Stefano Pyolinin yeni iş yeri məlum olub.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə razılığa gəlib. O, istefaya göndərilən argentinalı Marselo Qalyardonun yerini tutacaq. Pyoli ilə 3 illik müqavilə üzrə razılıq əldə olunub.
Xatırladaq ki, Pyoli “Milan”dan əvvəl “Parma”, “Latsio”, “Bolonya”, “İnter” və “Fiorentina”nı çalışdırıb.