"Football-plus.az" xəbər verir ki, dünya çempionunun video təbrikini azərbaycanlı iş adamı Adnan Əhmədzadə sosial şəbəkəsində paylaşıb.
Messi bildirib ki, bu anın dadını çıxarmağın vaxtıdı:
“Minifutbol üzrə dünya çempionu olmağınız münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sizi bir daha təbrik edirəm, qucaqlayıram və bu anın dadını çıxarmağını arzulayıram”.
Yığmamız mundialın finalında Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.





