"Football-plus.az" xatırladır ki, 8 tennisçi iki qrupda mübarizə aparırdı. Con Makinroy qrupunda Aleksandr Zverev, Ben Şelton, Artur Fis və Rafael Xodar, İvan Lendl qrupunda isə Karlos Alkaras, Daniil Medvedev, Flavio Kobolli və Frensis Tiafo yer almışdı. Yarımfinala Zverev, Şelton, Alkaras və Medvedev adladı. Həlledici görüşdə isə Alkarasla Zverev üz-üzə gəldi.
Hər iki setdə qalib gələn Alkaras kişi tennisinin tarixinə “Böyük dəbilqə” seriyalı 4 turnirin, həmçinin Yekun turnirinin qalibi olan 4-cü idmançı kimi düşdü. Əvvəllər bunu amerikalı Andre Aqassi, isveçrəli Rocer Federer və serb Novak Cokoviç bacarmışdı.
23 yaşlı Alkaras ötən il Yekun turnirinin finalında italiyalı Yannik Sinnerə uduzmuşdu. 2026 mövsümünü 47 qələbə və 5 məğlubiyyət ilə bitirən ispaniyalı ulduz mətbuat konfransında bunları deyib:
“Bu qələbə xüsusidi, mən, komandam və ailəm üçün hər şey deməkdi. Onlar bu ana, bu qənimətə nə qədər uzun müddət can atdığımı, bu turnirdə qələbə üçün necə inadla çalışdığımı bilirlər. Nəhayət, bu mükafatı başımın üzərinə qaldırmaq qeyri-adi hissdi. Düzünü desəm, söz tapmaqda çətinlik çəkirəm. Son həftədə gördüyüm işlə qürur duyuram. Komandamın, yaxın adamlarımın yardımı olmadan qələbə qazana bilməzdim. Çoxdan bu turniri qazanmağı arzulayırdım. Nəhayət, bu baş verəndən sonra həm məni, həm də komandamı emosiyalar bürüdü. Onlar qışqırır, sevinir, bayram edirdilər. Anam ağlayırdı, o, çox emosional adamdı. Son iki həftə mənim üçün ağır keçdi. Təzyiqin, fiziki problemlərin öhdəsindən gəlmək, komanda ilə iclas keçirmək, çətin qərarlar vermək, kortda və onun hüdudlarından kənarda özümə nəzarət etmək lazım gəldi”.
yarımfinal
Karlos Alkaras (İspaniya, 2) – Ben Şelton (ABŞ, 3) 3:6, 6:3, 7:6 (7:1)
Aleksandr Zverev (Almaniya, 1) – Daniil Medvedev (Rusiya, 4) 7:6 (7:0), 6:4
final
Karlos Alkaras (İspaniya, 2) - Aleksandr Zverev (Almaniya, 1) 6:2, 7:6 (9:7)





