Aperturanın qalibi 1/8 finalda büdrədi

28.11.2026 16:24
Dünya futbolu
Noyabrın 21-26-sı aralığında Argentina çempionatının Klausura (bağlanış) mərhələsində 1/8 final oyunları keçirildi. Pley-offun ilk mərhələsinin əksər cütlərinin favoritləri 1/4 finala adladılar. Bu mərhələdə sürprizlər də qeydə alındı.

Xatırladaq ki, A və B qrupunun hər birində 15 komanda birdövrəli sistemlə mübarizə aparmışdı. A qrupunda ilk 8 yeri tutan “İnstituto”, “Boka Xuniors”, “Veles Sarsfild”, “Defensa y Xustisiya”, “Lanus”, “Nyuellz Old Boyz”, “İndependyente” və Mendosa “Ximnasiya”sı 1/8 finala çıxmışdılar. B qrupunda azarkeşlərini sevindirənlər isə “Rosario Sentral”, “Arxentinos Xuniors”, La Plata “Ximnasiya”sı, “River Pleyt”, “Barrakas Sentral”, “Belqrano”, “İndependyente Rivadaviya” və “Atletiko Urakan” idi.

Qeyd edək ki, 1/8 finalın cütləri komandaların qruplardakı mövqeyinə əsasən müəyyənəşib. Məsələn, A qrupunda 1-ci yeri tutan B qrupunda 8-ci, A qrupunun 2-ci komandası digər qrupun 7-cisi ilə qarşılaşır. Bu qayda ilə 1/8 final oyunlarında cütlər püşk atılmadan formalaşıb.

Bu mərhələdə favoritlərin yarıdan çoxu 1/4 finala vəsiqə qazandı. “İnstituto”, “Boka Xuniors”, “Veles Sarsfild”, “Rosario Sentral”, “River Pleyt” və La Plata “Ximnasiya”sı çempionatın ən güclü 8 komandasının sırasına düşdülər. Uğursuzlar arasında ilk növbədə “Belqrano” vurğulanmalıdı. Doğrudu, Aperturanın (açılış) qalibi Klausurada heç də statusuna layiq çıxış etməmişdi: Rikardo Zyelinskinin komandası pley-offda B qrupunda 6-cı yeri tutmaqla iştirak hüququ qazanmışdı. Bu yerin sahibi isə A qrupunu 3-cü pillədə başa vuran “Veles Sarsfild” ilə səfərdə qarşılaşmalı idi.

“Belqano” paytaxt Buenos Ayresdə keçirilən oyunda növbəti mərhələyə çıxmaq üçün əlindən gələni etdi. İki dəfə hesabda önə çıxdı, amma ev sahibləri hər iki qolun cavabını verdiyindən penalti seriyası qaçılmaz oldu. Bu sınaqdan 1:3 hesabıyla məğlub çıxan Aperturanın qalibi 1/8 finalda büdrədi.

Qrup mərhələsini ilk 4 pillədə başa vuran iki komanda isə mübarizəni sürpriz şəkildə dayandırdı. “Defensa y Xustisiya” evdə “Barrakas Sentral”a 0:1, “Arxentinos Xuniors” isə “İndependyente”yə 1:2 hesabıyla uduzdu.

1/4 finalda “İnstituto” “River Pleyt”i, “Rosario Sentral” “Barrakas Sentral”ı, “Veles Sarsfild” “İndependyente”ni, “Boka Xuniors” isə La Plata “Ximnasiya”sını qəbul edəcək.

1/8 final
Veles Sarsfild – Belqrano 2:2, p. - 3:1
R.Martines, 59. Qodoy, 110 – R.Ernandes, 11. N.Fernandes, 100.
Defensa y Xustisiya - Barrakas Sentral 0:1
Briasko, 29.
Arxentinos Xuniors – İndependyente 1:2
Porsel, 47 – Mesa, 40; 75-p.
Rosario Sentral – Ximnasiya M 3:1
Kampas, 6. Kopetti, 8. L.Karrera, 40-öz qapısına Lensioni, 90+1.
River Pleyt – Lanus 3:1
Almada, 15-p.; 89. Andrada, 69 – R.Karrera, 32.
İnstituto - Atletiko Urakan 2:1
Luna, 1. F.Suares, 20 – Kaysedo, 65.
Ximnasiya LP - Nyuellz Old Boyz 4:2, əlavə vaxtda
İ.Fernandes, 18. Miramon, 73. Eskobar, 99-öz qapısına. Melyuso, 113 – Matsantti, 55-p.; 80-p.
Boka Xuniors - İndependyente Rivadaviya 2:0
Paredes, 18-p. Merentyel, 53.