Məlum olduğu kimi son tədbirdə bu mükafatı Keynə məhz elə Ronaldo təqdim etmişdi. ''Yekədiş'' ləqəbli sabiq ulduz özü 1997 və 2002-ci illərdə ''Qızıl top''u qazanıb. Ötən mövsümü bütün turnirlərdə 73 qolla tamamlayan 33 yaşlı Keyn Kilian Mbappe ilə Lamin Yamalı geridə qoyaraq 25 ildən sonra ilin oyunçusu seçilən ilk ingiltərəli futbolçu oldu. İngilislərdən sonuncu dəfə bu mükafatı 2001-də Maykl Ouen qazanmışdı.
Ronaldonu dinləyək:
''Həm Keynin adına, həm də öz adıma çox sevindim. Nəhayət, dünya futbolunda ''9 nömrə'' geri döndü. Çünki uzun müddətdi, klassik mərkəz hücumçuları bu mükafata həsrət qalmışdı. Bundan başqa Keyn həm də əla insandı. Yəni bu mükafata hərtərəfli şəkildə layiqdi''.
Qeyd edək ki Keyndən öncə ''Qızıl top''u qazanan sonuncu mərkəz hücumçusu 2022-ci ildə Kərim Benzema olmuşdu.





