Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilin yekunları ilə bağlı çıxışında milli federasiyalara və oyunçulara il boyu göstərdikləri fəaliyətlərinə görə təşəkkür edib.
"Football-plus.az" xəbər verir ki, cənab Juda çıxışında aşağıdakı fikirləri səsləndirib:
“10 illik yubileyi münasibəti ilə Avropa Minifutbol Federasiyasını (EMF) və nəhayət, son Avropa çempionu olan və öz ölkələrində 2022-ci ilin ən yaxşı kollektiv komandası nominasiyasında fərqlənən Azərbaycan Minifutbol Federasiyası (AMF) və milli komandasını təbrik edirəm. Şübhəsiz ki, EMF EURO 2022-dəki çıxışlarından dolayı onlar buna layiq idi. Çox şadam ki, Azərbaycan Minifutbol Federasiyası (AMF) öz fəaliyyəti ilə dünyada minifutbolun inkişafı və təbliğinə nail oldu”.