Federasiya prezidenti onu təbrik etdi

21.05.2024 13:10 247
İdman
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçu Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edib.

“Football-plus.az” xəbər verir ki, bu barədə R.Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb:
“Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb. İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!"