FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi

13.04.2022 20:15 493
İdman
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edib.

FIDE bununla bağlı rəsmi feysbuk hesabında təbrik mesajı yayınlayıb.

"Dünən 37 yaşını qeyd edən dünya reytinqinin 10 nömrəsi Şəhriyar Məmmədyarova ən xoş arzularla"!
- deyə paylaşımda yazılıb.

Postda həmçinin, Məmmədyarovun Azərbaycanda 1-ci, dünya tarixində isə ən yüksək reytinqli (2 820) 6-cı şahmatçı olduğu vurğulanıb. Onun 3 dəfə İddiaçılar Turnirində iştirak etdiyi, 1 dəfə rapid üzrə dünya çempionluğunu qazandığı və müxtəlif superturnirlərdə qalib gəldiyi vurğulanıb.