Urfan "Kəpəz" azarkeşlərini qəzəbləndirdi, "Neftçi"dən cavab gəldi - "Qadan alaram, Urfan, Allah dilindən eşitsin"

28.11.2026 17:07
Ölkə futbolu / Manşet
"Kəpəz"in futbolçusu Urfan Abbasov Misli premyer-liqasında klubların mövsümü hansı pillədə başa vuracağını təxmin edib.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in rəsmi "instaqram" hesabında paylaşılan videonu izləyicilər böyük maraqla qarşılayıb.

Təcrübəli müdafiəçi "Neftçi"nin çempion olacağını bildirib. Postun rəy bölümündə "ağ-qaralar"ın rəsmi səhifəsi tərəfindən "Qadan alaram, Urfan, Allah dilindən eşitsin" cavabı qeyd edilib. Oyunçunun "Kəpəz"in "futbol ili"ni 6-cı pillədə bitirəcəyini deməsi isə gəncəli azarkeşlərin narazılığına səbəb olub. Tərəfdarlar komandanın avrokuboklara vəsiqə qazanacağına futbolçulardan çox inandıqlarını bildirib, onların 6-cı pillə ilə kifayətlənmək düşüncəsində olmasına etiraz edib. İş ondadı ki, Urfan "Kəpəz"i 5-ci sırada düşündüyünü, "Zirə"ni səhvən bu pillə üçün təxmin etdiyini deyib. Abbasovdan "Kəpəz"lə bağlı təxmini sonda soruşulduğundan "sarı-göylər" yeganə variant kimi qalan 6-cı sıraya avtomatik əlavə edilib.

Sizi Urfanın mövsümün yekunuyla bağlı təxminləri ilə tanış edirik.

1. Neftçi

2. Qarabağ

3. Sabah

4. Turan Tovuz

5. Zirə

6. Kəpəz

7. Şamaxı

8. Sumqayıt

9. Qəbələ

10. İmişli

11. Araz-Naxçıvan

12. Şəfa

KƏNAN BAHADIR