"Sabah" ABŞ-li oyunçu ilə yenidən anlaşdı

28.11.2026 15:34
İdman
“Sabah” ABŞ-li basketbolçu Hassani Qravettlə yenidən müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında anlaşma 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qravett daha əvvəl iki mövsüm “Sabah”ın formasını geyib və komandanın əsas oyunçularından biri olub. O, paytaxt təmsilçisində çıxış etdiyi müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının MVP-si seçilib.

"Sabah"dan ayrıldıqdan sonra amerikalı basketbolçu karyerasını İtaliyanın “Cantu” klubunda davam etdirib.