“Fiorentina” baş məşqçi Raffaele Palladino ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, barədə klubun mətbuat xidməti məlumat yayıb. A seriyası təmsilçisi 41 yaşlı italiyalı və onun məşqçilər heyəti ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib.
Palladino komandanı 2024-cü ilin iyulundan çalışdırırdı.
“Fiorentina” A seriyasının 2024/25 mövsümünü 65 xalla 6-cı yerdə başa vurub.