İtaliya klubunda məşqçi istefası

30.06.2022 22:22 310
Dünya futbolu
Tyaqo Motta “Spetsiya”nın baş məşqçi vəzifəsindən istefa verib.

İtaliya klubunun rəsmi saytının məlumatında tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Xatırladaq ki, Motta “Spetsiya”ya 2021-ci ilin iyulundan rəhbərlik edirdi. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. Komandanın A seriyasında son mövsümü 20 iştirakçı arasında 16-cı yerdə başa vurduğunu da qeyd edək.